ÇERÇÉN, Çerçendərya – Çinin q.-ində çay. Arkataq silsiləsindən başlanır. Kunlun d-rından çıxdıqdan sonra Təklə-Məkan səhrasının c.-ş. kənarı ilə axır. Karaburangöl gölünə tökülür (iyul-avqustda gursululuq dövründə Lobnor gölündən c.-q.-dəki bataqlıqlara çatır). Karaburangöl gölünədək uz. 725 km-dir. Dağlardan çıxdığı yerdə ortaillik su sərfi 20 m3/san-dir. Çerçen vahəsini suvarır. Aşağı axınında ilin çox hissəsi susuz olur.