DAĞLAR – 1) ətraf düzənliklərdən yüksəkdə olan (500 m və daha çox), səthi kəskin parçalanmış quru sahələri. D. yüzlərlə km-dən bir neçə min km-dək düz xəttlə (Böyük Qafqaz, Pireney, Kordilyer), yaxud qövs şəklində (Alp, Karpat) uzanır. D. ona qonşu olan düzənliklərdən dağətəyi xətt ilə ayrılır. D.-da dağdaxili və dağarası çökəkliklərlə, çay dərələri və göl çuxurları ilə parçalanmış dağ qurşaqlarını, dağlıq ölkələri, dağ sistemlərini, dağ silsilələrini, dağ massivlərini ayırırlar. Parçalanmalar paralel (məs., And d-rı), şəbəkə (Appalaç, Cənubi Ural), radial (Pamir, HissarAlayda Matça), lələk (Alp d-rında Yüksək Tauern), kulis (Böyük Qafqazın c. yamacı silsilələri), şaxəli (Qərbi Tyanşan) şəkilli olurlar. Morfoloji cəhətcə D. üç tipə bölünür: yüksək D, orta yüksəklikli D, alçaq D. Y ü k s ə k D. (Alp tipli) müasir qar sərhədindən yuxarıda olur. Relyefi dərin parçalanması, dik yamacları və buzlaq formaları kompleksinin (sirklər, piramidaşəkilli zirvələr, şiş yallar,təknəvarı dərələr və.s) olması ilə xarakterizə edilir (məs., Qaraqorum). O r t a y ü k s ə k l i k l i D. yamaclarının yuxarı hissəsinin az meyilli olması, zirvə hissəsinin dəyirmiliyi ilə fərqlənir (məs., Şimali Ural). A l ç a q D.-da yüksəklik amplitudası (hünd. 500 m dən 1000 m-dək) çox azdır, yüksəklik qur şaqları adətən olmur (məs., Qazaxıstan xırda təpəliyi). Mənşəyinə görə dağlar tektonik və vulkanik olur. T e k t o n i k D. yer səthinin dəniz səviyyəsindən bir neçə min m yüksəyə qalxmış geniş əraziləridir. Yer qabığının deformasiyasının xarakterindən asılı olaraq tektonik D. qırışıq və qayma (yaxud faylı) D.-a bölünür. Q ı r ı ş ı q D. geosinklinal sahələrdə toplanmış çoxlu miqdar çöküntü qatının qırışmaya məruz qalmasından yaranır; ən çox cavan geosinklinal sahələr üçün xarakterikdir. Q a y m a D. yer qabığının plastikliyini itirmiş qırışıqlıq zonalarında yaranır. Təkrar tektonik hərəkətlər nəticəsində bu sahələr ayrı-ayrı qaymalara parçalanır və bunların bəziləri horst formasında yuxarı qalxıb dağ silsilələri və massivləri, digərləri isə qraben formasında aşağı enib dağarası çökəkliklər və tektonik dərələr əmələ gətirir. Ümumiyyətlə, tektonik D.-ın yaranması mübahisəlidir. Әksər alimlərə görə, yaşı bir neçə milyon (Miosenin sonu/Pliosen–Kvarter) olan tektonik D. əvvəllər mövcud olmuş okean qabıqlı dərin su hövzələrinin yerində formalaşmışdır. Belə D. cavan qırışıqlar adlanır; burada qırışıqəmələgəlmə dağəmələgəl məni milyonlarla il qabaqlayır (məs., Alp və Pamir d-rı). V u l k a n i k D. cavan D.-dır (yaşı bir neçə yüz min ildən çox deyil), vulkanların akkumulyativ fəaliyyəti nəticəsində meydana gəlir.
D.-ın yaşı geol. və morfoloji cəhətdən müəyyənləşdirilir. D.-ın geol. yaşı onun geosinklinal sahədə ilk dəfə qırışıqlığa məruz qaldığı vaxt götürülür. Belə ki, Kaledon və Hersin qırışıqlığı epoxalarında baş verən qırışıqlıqlar nəticəsində yaranmış D. geoloji yaş cəhətdən Alp yaşlı D.-dan qoca hesab olunur. Morfoloji yaş, D. yarandıqdan sonra həmin ərazidə relyefin geol. inkişaf tarixini aydınlaşdırır. D. relyefin q a l x a n inkişa fında “cavanlıq” əlamətləri, yüksəklik amplitudasının böyüklüyü, yamaclarının dikliyi, güclü denudasiya prosesləri və s. ilə səciyyələnir. Bu cür D., əsasən, cavan, yaxud Alp yaşlı hesab edilir. Uzunsürən e n ə n inkişafda isə D. güclü parçalanmaya məruz qalmır, ekzogen proseslər nəticəsində alçalır və morfoloji cəhətdən qocalır. Mütləq və nisbi hünd. az, yamacları az meyilli, dərələri geniş olur. Qədim D. təkrar tektonik hərəkətlərə məruz qaldıqda relyefin cavanlaşması baş verir və morfoloji cəhətdən cavan dağlar əmələ gəlir (məs., Qazaxıstanda Qaratau silsiləsi).
2) orta okean silsilələri, sualtı vulkanik D., qayotlar və s.
Мяркязи Тйаншан даьлары.
Əd.: М а р к о в К.К. Основные проблемы геоморфологии. М., 1948; Ш у к и н И.С., Ш у к и н а О.Е. Жизнь гор. Опыт анализа горных стран как комплекса поясных ландшафтов. М., 1959; Р е з а н о в И.А. Образование гор. М., 1977; Хрис анов В.А., Г о р е л о в С.К. Современный экзоморфоге нез молодых горных стран и его экологическое значение. М., 2002.