DAĞLI –Azərb. Resp. Quba r-nunun Qırmızı Qəsəbə ə.d.-ndə kənd. R-n mərkəzindən 3 km q.-də, Qudyal çayının sahilində, dağ ətəyindədir. Әh. 2100 (2011); maldarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Tam orta məktəb, kitabxana, tibb məntəqəsi var.