DAĞLIQ ÖLKӘ – eyni, yaxud zamanca ona yaxın tektogenez epoxasında yaranmış bir neçə dağ sistemi toplusu. Buradakı dağ sistemləri məkanca vəhdətdə olsalar da, struktur xüsusiyyətlərinə və xarici görünüşlərinə görə fərqli olurlar (məs., Qafqaz dağlıq ölkəsində Ön Qafqazı, Böyük Qafqazı, Cənubi Qafqazın yayla və düzənliklərini və Kiçik Qafqazı ayırırlar).