DAĞYURD – Azərb. Resp. Xocalı r-nunda kənd. Dağyurd ə.d.-nin mərkəzi. R-n mərkəzindən 26 km c.-ş.-də, Qarabağ silsiləsinin şm.-ş. ətəyində, Köndələnçayın (Araz hövzəsi) sol sahilindədir. Әh. 450; işğaldan (1992, fevral) əvvəl əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Səkkizillik məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.