ÇERGİN SİLSİLƏSİ – RF-də, Altay Resp.-nın şm.-q.-ində silsilə. Pesçanaya və Sema çaylarının (Ob hövzəsi) suayırıcısıdır. Uz. təqr. 100 km, hünd. c.-da 1819 m-ədəkdir. Səthi kəskin parçalanmış orta hünd.-lü dağlardan ibarətdir. Qumdaşı və şistlərdən ibarətdir. Yamaclarında çəmən-çöl və şam meşələri yayılmışdır.
Черэин силсиляси.