ÇERMASÁN – RF-də, Başq. Resp.-nda çay. Belaya çayının (Volqa hövzəsi) sol qolu. Uz. 186 km, hövzəsinin sah. 3970 km2. Buqulma-Belebey yüksəkliyindən başlanır. Əsasən, qar suları ilə qidalanır. Ortaillik su sərfi 10 m3/san-dir. Noyabrdan aprelədək donmuş olur.