ÇERNIŞOV SİLSİLƏSİ – RF-də, Amur vil.-ndə Tukurinqra–Caqdı dağ zəncirinin q. hissəsi. Nyukja (Olyokma hövzəsi), Oldoy və Tında (Amur hövzəsi) çaylarının suayrıcısıdır. Uz. 120 km, hünd 1572 m-ədək- dir (Lukinda d.). Qranit və kristallik şistlərdən ibarətdir. Dağ tayqası, yamaclarında sidr kolluqları yayılmışdır. F.N. Çernışovun şərəfinə adlandırılmışdır.