ÇERNIŞOV TİRƏSİ – RF-də, Komi Resp. və Arxangelsk vil.-ndə yüksəklik. C.- da Qütb Uralı ilə birləşir. Uz. təqr. 300 km, hünd. 205 m-ədəkdir. Səthi platovarıdır. Qumdaşı və əhəngdaşılarından ibarətdir. Şm.-da tundra, c.-da küknar və qara şam tayqasıdır. F.N. Çernışovun şərəfinə adlandırılmışdır.