ÇERNÓV Aleksandr Aleksandroviç (23.7.1877, Solikamsk – 23.1.1963, Sıktıvkar) – rus geoloqu və paleontoloqu. Sosialist Əməyi Qəhrəmanı (1957), RSFSR əməkdar elm xadimi (1946). Moskva Un-tini bitirmişdir (1903). 1907–09 illərdə P. K. Kozlovun monqol-Sıçuan ekspedisiyasında iştirak etmişdir. 1909–34 illərdə Moskva ali məktəblərində (1917 ildən prof.), 1935 ildən SSRİ EA sistemində çalışmışdır. Elmi işləri Orta və Şimali Uralın, Pay-Xoyun, Peçora
ərazisinin geologiyası və faydalı qazıntılarının öyrənilməsinə həsr edilmişdir. Peçora kömür hövzəsinin varlığını nəzəri olaraq əsaslandırmış, Uxta neftli r-nunun strukturunu tədqiq etmişdir. İki Lenin ordeni və medallarla təltif edilmişdir. Komi Resp. ərazisində dağ tirəsinə Ç.-un adı verilmişdir.