ÇERSKİ SİLSİLƏSİ – RF-də, Baykalarxasında dağ silsiləsi. Olenquy çayının yuxarı axınından Olyokma çayınadək 400 km məsafədə uzanır. Hünd. 1500 m-ədəkdir. Qranitlərdən, effuziv və çökmə süxurlardan ibarətdir. İynəyarpaqlı və qara şam meşələri var. İ.D. Çerskinin şərəfinə adlandırılmışdır.