Azərbaycan Milli Ensiklopediyası
V CİLD (BRYÁNKA - ÇƏRMƏDİL NEKROPOLU)
    ÇERSKİ SİLSİLƏSİ

    ÇERSKİ SİLSİLƏSİ – RF-nin Saxa (Yakutiya) Resp. və Maqadan vil.-ndə dağ sistemi. Yana çayının aşağı axınından (şm.- q.-də) Kolıma çayının yuxarı axınınadək (c.-ş.-də) 1500 km məsafədə uzanır. Eni 400 km-ədəkdir. Tərkibinə Xadaranya (2185 m- ədək), Tas-Xayaxtax (2356 m), Çemalgin (2547 m), Kurundya (1919 m), Doqdo (2272 m), Çibaqalax (2449 m), Boronq (2681 m), Silyap (2703 m), Ulaxan-Çistay (3147 m, Qələbə d. – Ç.s.-nin ən yüksək nöqtəsi), Çerge (2332 m) və s. silsilələr daxildir. Ç.s. Sakit okean geosinklinal qurşağının Mezozoy qırışıqlığı sisteminə daxildir; Paleozoyun güclü dislokasiyaya və metamorfizmə uğramış karbonat süxurlarından ibarətdir. Kənarları Perm, Trias və Yuranın dəniz və kontinental çöküntüləridir (şistlər, qumdaşılar). Qızıl, qalay və s. faydalı qazıntılar var. Orta hünd.-lü dağlar üstünlük təşkil edir. Ümumi sah. təqr. 157 km2 olan 350-dən çox kar, asılı və dərə buzlaqları var. İqlimi sərt, kontinentaldır. Çoxillik donuşluq süxurları yayılmışdır. Əksər çaylar, o cümlədən, İndigirka və onun qolları silsilələri dar antesedent dərələrlə kəsir. Yamacları şm.-da 300 m- ədək, c.-da 1100 m-ədək tayqa meşələri ilə örtülüdür; yuxarılarda daşlı dağlıq tundra yayılmışdır. Ç.s. rus geoloqu və coğrafiyaşünası S.V. Obruçev tərəfindən tədqiq olunmuşdur. İ.D. Çerskinin şərəfinə adlandırılmışdır.

    Черски силсиляси. Улахан-Чистай массиви.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
BRYÁNKA – ÇƏRMƏDİL NEKROPOLU