ÇESAPİK KÖRFƏZİ (Ghesapeake Bay) – ABŞ sahillərində Atlantika okeanının körfəzi. Uz. 315 km, eni 5–30 km, dərinliyi 27 m-ədək, farvaterdə 11 m-dən çoxdur. Sahilləri alçaq, bataqlıqlaşmış, girintili-çıxıntılıdır. Yarımgünlük qabarmalar olur (hünd. 1 m). Əsas portu Baltimor ş.-dir.
Чесапик kюрфязи цзяриндя кюрпц. Мериленд штаты.