ÇESTER MƏRTƏBƏSİ (ABŞ, Çester ş.-nə görə) – Şimali Amerikada Alt Karbonun üst mərtəbəsi; “Missisipi sisteminin şöbəsi” kimi baxılır. 1860 ildə Varthen tərəfindən ayrılmışdır. Təqr. Namyur mərtəbəsinin alt yarım mərtəbəsinə və bəlkə də Vize mərtəbəsinin ən üst hissəsinə uyğun gəlir.