DAXİLİ DӘNİZLӘR – qurunun içərisində yerləşən, okeanla, yaxud yaxınlığındakı dənizlə bir və ya bir neçə boğaz vasitəsilə əlaqəsi olan dənizlər. Qurunun böyük təsiri altında olan D.d.-in bəziləri səth suları və onlara axan çaylar ilə əlaqədar az duzlu (Baltika dənizi, Qara dəniz, Azov dənizi və s.), bəziləri isə quru iqlim, intensiv buxarlanma və çay sularının azlığı nəticəsində çox duzlu (Qırmızı dəniz, Aralıq dənizi və s.) olur. D.d. üçün səth sularının qapalı hərəkəti səciyyəvidir. Hidroloji xüsusiyyətlərinə görə D.d. aralıq və yarımqapalı dənizlərə bölünür.
Дахили дянизляр. Аралыг дянизинин космосдан эюрцнцшц.