Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DAXİLİ DÜZƏNLİKLƏR

    DAXİLİ DÜZӘNLİKLӘR – Cənubi Amerikanın mərkəzi hissəsində, Braziliya, Boliviya, Paraqvay, Uruqvay və Argentina hüdudlarında fiziki­-coğrafi düzənlik ölkə. D.d. submeridional istiqamətdə 10°­dən 39° c.-e.­-nədək uzanır. Relyefi hünd. 70 m-­dən (ş. hissəsində) 600 m-­ədək (q. hissəsində) olan akkumulyativ düzənliklərdən ibarətdir. Qədim Cənubi Amerika platformasının kə­nar hissəsində özülün gömülməsi nəticəsin­də formalaşmışdır. Düzənliklər, əsasən, Kaynozoy yaşlı platforma örtüyünün qalın çöküntülərindən təşkil olunmuşdur; şm.­-da flüvial mənşəli çöküntülər, c.-­da lösslər, q. sərhədi boyu delüvial­-prolüvial çöküntülər yayılmışdır. Ucqar c.­-da D.d. qayma alçaq dağlıqlarla (Syerra­de-­Kura-­Malal və Syer­ra­de­la­-Ventana, hünd. 1239 m-­ədək) əha­tələnir. D.d.-­in submeridional genişliyi bir neçə landşaft tipinin (şm.-­dan c.­-a doğru: subekvatorial savanna meşələri və savan­nalar, tropik seyrəkmeşəliyi və yarımsəhra lar, subtropik park meşələri və ağacsız sa­vannalar, pampaslar) növbələşməsinə səbəb olur. Tropik və subtropik qurşaqlarda land­şaft zonalarının ş.-­dən q.­-ə doğru iqlimin kontinentallığının artması səbəbindən növ­bələşməsi də müşahidə olunur; tropik sey­rəkmeşəliyi yarımsəhralarla, pampaslar quruçöl və yarımsəhralarla növbələşir. D.d. hüdudlarında şm.­-dan c.-­a Beni­-Mamore, Pantanal, Qran-­Çako, ÇayarasıPampa təbii vilayətləri ayrılır.

    Əd.:
    Физическая география материков и океа­нов. Под. ред. А.М. Рябчикова. М., 1988.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA