DAXİLİ ŞӘRQİ AVSTRALİYA NEFTLİ-QAZLI HÖVZӘSİ – Avstraliyanın mərkəzi hissəsində, Cənubi Avstraliya, Kvinslend, Yeni Cənubi Uels ştatları ərazi sindədir. Sah. təqr. 1,2 mln. km2. İlkin çıxarılabilən neft ehtiyatı 30 mln. t, qaz kon densatı 29 mln. t, yanar qaz 195 mlrd. m3-dir. İlk qaz yatağı 1963 ildə, neft yatağı 1970 ildə kəşf olunmuşdur. Hasilat (qaz və kondensat) 1970 ildən aparılır. 2000 ilədək 140 yataq (87 neft və neft-qaz, 53 qaz və qaz-kondensat) aşkar edilmişdir. İri yataqlar: Gicilpa, Mumba (qaz-kondensat), Della (qaz), Tirravarra (neft-qaz), Murari (neft). Hövzə Şərqi Avstraliya platformasının sineklizi hüdudlarındadır, qırışıqlıq qurşaqları və dağ massivləri ilə əhatələnir. Paleozoyun (Devon, Daş kömür, Perm) və Mezozoyun (Trias, Yura) 1,8–4,2 km dərinlikdə yatan qumlugilli çöküntüləri və əhəngdaşıları məhsuldardır. Neftin sıxlığı 793–804 kq/m3-dir, qazda CO2-nin miqdarı yüksəkdir. Әsas hasilat mərkəzi Mumba ş.-dir. Gicilpa – Sidney, Gicilpa – Adelaida qaz, Mumba – Adelaida qazkondensat kəmərləri çəkilmişdir.