DAİDBӘYOVA Elmira Adilkireyevna (20.6.1912, Temirxan-Şura, Dağ. Resp.-nın indiki Buynaksk ş – 5.3.2007, Bakı) – Azərb. litoloqu, geologiyamineralogiya e.d. (1961), prof. (1962). Azərb. Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İn-tunda laboratoriya rəhbəri işləmişdir (1949 ildən). Elmi tədqiqatları Azərb. Resp. neftli qazlı sahələrinin çökmə süxurlarının litologiyası və petroqrafiyası sahəsindədir. D. Azərb.-ın neftli-qazlı sahələrinin çökmə süxurları atlasının (1971) tərtibçilərindən biridir.
Ә s ə r l ə r i: Петрография Майкопской свиты Азербайджана. Б., 1953; Осадочные породы Азербайджана. Б., 1955.