DAKÉN-DABÁN, R i t t e r s i l s i l ə s i – Çində, Sinxay əyalətində, Nanşanın q. hissəsində dağ silsiləsi. Ulan-Daban (şm.-ş.-də) və Turgen-Daban (c.-q.-də) silsilələri arasındadır. Uz. təqr. 200 km, hünd. 5926 m-ə qədərdir. Kristallik şistlərdən, qumdaşılarından və fillitlərdən ibarətdir. Zəif parçalanmışdır. Mərkəzi hissəsi buzlaqlarla örtülüdür. 3000 m hündürlüyədək kolluqlu, şoranotulu səhralar, 3300–3800 m-dək hün dürlükdə quru yüksək dağ çölləri, bəzi yerlərdə subalp çəmənləri, 3800 m-dən yuxarı çınqıllı-daşlı yüksək dağ səhraları var. D.-D.-ı 1879 ildə N.M. Prjevalski tədqiq etmiş və alman coğrafiyaşünası K. Ritterin şərəfinə adlandırılmışdır.