DAKS (Dax) – Fransada, Bayonna ş.-nin şm.-ş.-ində balneoloji və iqlim kurortu. Әsas müalicə amilləri mülayim dəniz iqlimi (yanvarda orta tempr 5°C, iyulda 22°C), sulfidli lil palçığı və radonlu, sulfatlı, xlorlu, dəmirli-natriumlu-kalsiumlu-maqneziumlu termal (55–65°C) sulardır; oynaq xəstəliklərinin, periferik əsəb sistemi və tənəffüs orqanlarının müalicəsində istifadə olunur. 19 əsrdən kurort kimi inkişaf etməkdədir; hazırda ölkənin ən məşhur kurortlarındandır. Turizm mərkəzidir.