ÇEŞMƏBASAR – Azərb. Resp. Babək r-nunda (Nax. MR) kənd. Çeşməbasar ə.d.- nin mərkəzi. R-n mərkəzindən 8 km aralı, Naxçıvan–Ordubad avtomobil yolunun kənarında, düzənlikdədir. Əh. 1051 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, poçt şöbəsi, tibb məntəqəsi, məscid var.