ÇEŞMƏBASAR GİL YATAĞI – Azərb. Resp. Babək r-nu (Nax. MR) ərazisində, Naxçıvan ş.-ndən 12–13 km c.-ş.-dədir. Geol. quruluşunda Orta Miosenin boz rəngli, bərk, zəif sementləşmiş, incə və orta dispersliliyə malik gil süxurları iştirak edir; bunlar hər yerdə Pleystosen yaşlı kontinental çöküntülərlə örtülmüşdür. Sah. 0,2 km2, faydalı qatın qalınlığı 17–19 m-dir. Laboratoriya və yarımzavod tədqiqatlarının nəticələrinə görə gil aqloparit istehsalına yararlıdır. Yataqda aparılmış əlavə tədqiqatların nəticələrinə görə isə, gildən “125” markalı kərpic istehsalında istifadə etmək olar. Yatağın sənaye ehtiyatı 3417 min m3-dir.