ÇEŞMƏLİ – Azərb. Resp. Tovuz r-nunda kənd. Çeşməli ə.d.-nin (Çeşməli, Abbasqulular, Güvəndik, Papaqçılar k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 45 km c.-da, dağ ətəyindədir. Əh. 2364 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. 2 tam orta məktəb, ümumi orta məktəb, 3 kitabxana, 2 klub, ATS, tibb məntəqəsi, poçt var.