ÇET – RF-də, Tomsk vil. və Krasnoyarsk diyarında çay. Kiya çayının (Ob hövzəsi) sağ qolu. Uz. 432 km, hövzəsinin sah. 14,3 min km2. Qərbi Sibir düzənliyinin c.-ş. kənarı ilə axır. Əsasən, qar suları ilə qidalanır. Mayda daşqınlar olur. Ortaillik su sərfi 66 m3/san-dir. Oktyabrın sonu–noyabrın əvvəlindən aprelin sonu–mayın əvvəlinədək donmuş olur. Ağac axıdılır.