ÇÉVİOT HİLS (Cheviot Hills), Çeviot – B. Britaniyada alçaq dağlıq. Cənubi Şotlandiya yüksəkliyi ilə Pennin d-rı arasındadır. Hünd. 816 m-ədəkdir (Te-Çeviot d.). Qranitlərdən, vulkan tuflarından, əhəngdaşılarından, qumdaşılarından ibarətdir. Kolluqlar, çəmənliklər, torf bataqlıqları yayılmışdır. Qoyunçuluq inkişaf etmişdir.
Чевиот Щилс даьлары.