ÇEYİLAXTARMA – Azərb. Resp.-nda palçıq vulkanı. Qobustanda, Umbakı neft yatağından 6–7,5 km şm. və şm.-ş.-dədir. Uz. 3 km, eni 0,7 km olan bəndşəkilli alçaq yüksəklikdən ibarətdir.
Чейилахтарма вулканы.
Vulkanın yamacları radial istiqamətdə ayrılan çoxlu dərin yarğanlarla doğranmışdır. Sopka, qrifon və salzların paylanmasına görə vulkan şərq, şimal və qərb qruplarına bölünür. Tektonik cəhətdən Ç. eyniadlı strukturun tağında uzununa pozulmaya uyğun gəlir. Vulkan ərazisində 275-ədək sopka, qrifon və salz var; bunların təqr. yarısı fəaliyyətdədir – su, qaz və palçıq ayırır, 30–35-ndə neft təbəqəsi müşahidə olunur. Sopka brekçiyasının yayıldığı sahə təqr. 700 ha-dır.