ÇEYİLDAĞ, Umbakı – Azərb. Resp. Qaradağ r-nunda (Bakı ş.) qəs. Çeyildağ ə.d.-nin mərkəzi. R-n mərkəzindən 48 km c.-q.-də, Ələt tirəsinin şm.-ş. yamacındadır. Əh. 1139 (2011). Ümumi orta məktəb, kitabxana, mədəniyyət evi, Respublika Cüzəm xəstəxanası, tibb məntəqəsi, poçt, ATS var.