ÇƏLƏBİLƏR – Azərb. Resp. Bərdə r-nunda kənd. Çələbilər ə.d-nin (Çələbilər, Nifçi k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 25 km şm.-ş.-də, Kür çayının sağ sahilində, Qarabağ düzündədir. Əh. 830 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi, kitabxana, ATS var.