ÇƏLƏKƏN – Xəzər dənizinin ş. sahilində, Tür.-da y-a. Əvvəllər ada olmuş, Xəzər dənizi səviyyəsinin enməsi nəticəsində 1937 ildən yarımadaya çevrilmişdir. Sah. təqr. 500 km2, hünd. 100 m-ədəkdir. Səthi düzənlik, çox yerdə qumluq və şoranlıqdır. Neft, qaz, ozokerit çıxarılır. Balıq ovlanır.