ÇƏMBƏRƏKƏND – Azərb. Resp. Laçın r-nunun İrçan ə.d.-ndə kənd. R-n mərkəzindən 25 km c.-ş.-də, Qarabağ silsiləsinin c.-ş. ətəyindədir. Əh. 40 (2011); işğaldan (1992, may) əvvəl əkinçilik, bağçılıq, bostançılıq, heyvandarlıq və arıçılıqla məşğul olmuşdur.