ÇƏMƏNLİ – Azərb. Resp. Ağdam r-nunda kənd. Çəmənli ə.d.-nin (Çəmənli, Sarıcalı, Şükürağalı k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 16 km şm.-ş.-də, Qarabağ düzündədir. Əh. 3247 (2011); pambıqçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, uşaq musiqi məktəbi, 2 uşaq bağçası, kitabxana, mədəniyyət evi, xəstəxana, məscid var.