ÇƏN – 1)Yer səthi yaxınlığında havanın asılı vəziyyətdə olan xırda su damcıları və ya buz kristalları arasında işıq səpələnməsinin təsiri ilə zəif tutqunlaşması. Görünüş, əsasən, 1 km-dən artıq olur; bəzən 100 və 10 m-lərədək azalır. 2) Sərbəst atm.-də havanın zəif tutqunlaşması, ilkin fazada olan buludlu təbəqə.