ÇƏNLİBEL (1990 ilədək Çardaqlı) – Azərb. Resp. Şəmkir r-nunda kənd. Çənli- bel ə.d.-nin mərkəzi. R-n mərkəzindən 25 km c.-q.-də, Şəmkir–Gədəbəy avtomobil yolu kənarında, dağ yamacındadır. Əh. 3286 (2011); heyvandarlıq, taxılçılıq və kartofçuluqla məşğuldur. 2 tam orta məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, xalq tətbiqi sənəti muzeyi, xəstəxana, rabitə şöbəsi, ATS var.