ÇƏNNƏB – Azərb. Resp. Ordubad r-nunda (Nax. MR) kənd. Çənnəb ə.d.-nin mərkəzi. R-n mərkəzindən 32 km şm.-q.-də, dağ ətəyindədir. Əh. 561 (2011); bağçılıq, əkinçilik, arıçılıq və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi var.