ÇƏPLİ– Azərb. Resp. Kəlbəcər r-nunda kənd. Çəpli ə.d.-nin (Çəpli, İlyaslar k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 20 km şm.-ş.-də, Murovdağ silsiləsinin ətəyindədir. Əh. 451 (2011); işğaldan (1993, aprel) əvvəl heyvandarlıq və tütünçülüklə məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, klub, kitabxana, feldşer-mama məntəqəsi var idi.