ÇƏPNİ – Yelizavetpol (Gəncə) qub.-nın Zəngəzur qəzasında (9.9.1930 ildən Qafan r-nu) azərb.-ların yaşadığı kəndi. 1828 ildə əhalisi qovularaq kənddən çıxarılmış, boşalmış evlərə isə İrandan köçürülmüş ermənilər yerləşdirilmişdir. 3.1.1935 ildə kəndin adı dəyişdirilərək Dzovagyuğ qoyulmuşdur.