ÇƏRÇİBOĞAN – Azərb. Resp. Şərur r-nunda (Nax. MR) kənd. Çərçiboğan ə.d.-nin (Çərçiboğan, Babəki k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 2,5 km c.-da, Şərur düzündədir. Əh. 3641 (2011); heyvandarlıq, əkinçilik və yemçiliklə məşğuldur. Tam orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, klub, kitabxana, tibb məntəqəsi, baytarlıq məntəqəsi, poçt, ATS, məscid var.