ÇƏRƏKDAR – Azərb. Resp. Kəlbəcər r-nunda kənd. Çərəkdar ə.d.-nin mərkəzi. R- n mərkəzindən 26 km şm.-ş.-də, Tərtər çayının sahilindədir. Əh. 722 (2011); işğaldan (1993, aprel) əvvəl heyvandarlıq, arıçılıq, bağçılıq və tütünçülüklə məşğul olmuşdur. Orta məktəb, kitabxana, mədəniyyət evi, feldşer-mama məntəqəsi var idi.