ÇƏRƏKƏN – Azərb. Resp. Cəbrayıl r-nunda kənd. Çərəkən ə.d-nin (Çərəkən, Əfəndilər, Papı k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 4 km şm.-ş-də, düzənlikdədir. Əh. 633 (2011); işğaldan (1993, avqust) əvvəl heyvandarlıq, taxılçılıq, üzümçülük və baramaçılıqla məşğul olmuşdur. Orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var idi.