ÇƏRƏLİ – Azərb. Resp. Qubadlı r-nunda kənd. Çərəli ə.d.-nin (Çərəli, Boyunəkər, Saldaş k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 33 km c.-da, dağ ətəyindədir. Əh. 387 (2011); işğaldan (1993, avqust) əvvəl heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğul olmuşdur. Orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi var idi.