ÇƏRMƏDİL – Azərb. Resp. İsmayıllı r-nunun Qubaxəlilli ə.d.-ndə kənd. R-n mərkəzindən 33 km c.-ş.-də, Girdiman çayının sahilində, Ağsu–Qaraməryəm avtomobil yolu kənarında, Qaraməryəm tirəsinin ətəyindədir. Əh. 85 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur.