ÇƏRTƏYƏZ – Azərb. Resp. Kürdəmir r-nunun Mollakənd ə.d.-ndə kənd. R-n mərkəzindən 30 km c.-da, Kür çayının sol sahilində, Şirvan düzündədir. Əh. 581 (2011); əkinçilik və maldarlıqla məşğuldur. Ümumi orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi var.