ÇHÓTA-NAQPUR – Hindistanda plato. Hind-Qanq ovalığına doğru pillələrlə alçalan Dekan yaylasının şm.-ş. hissəsi. Uz. təqr. 400 km, eni 200 km-ə, hünd. 1366 m-ədəkdir (Parasnath d.). Qneyslərdən, kvarsitlərdən və qumdaşılarından ibarətdir, q.-də bazaltlarla örtülmüşdür. Dalğalı səthi geniş dərələrlə parçalanmışdır. Bitkiləri savanna tiplidir. Dəmir filizi, alüminium, daş kömür və s. çıxarılır. Çox hissəsi əkilir. Suvarma sistemləri (Damodar çayı və onun qollarında) var.