DALİNXÉ – Çinin ş.-ində çay. Uz. 460 km-dən çox, hövzəsinin sah. təqr. 30 min km2-dir. Sunlinşan silsiləsinin c.-undan baş lanır. Sarı dənizin Lyaodun körfəzinə tökülür. Yay daşqınları vaxtı aşağı axını gəmiçiliyə yararlı olur. D. vadisinin əhalisi sıxdır. Çaoyan və İsyan ş.-ləri D. sahilindədir.