DALJÁ, D a l d z i – RFnin Xabarovsk diyarında şirin sulu göl. Sah. 60,9 km2-dir. Şm.ş.dən c.-q.-ə uzanır. Dalqan gölündən axan qol D.-nı Amqun çayının aşağı axını ilə birləşdirir. D.-ya Kalpakori, Cuk və s. çaylar tökülür. Sahilləri kəskin parçalanmışdır; meşələrlə örtülü olan q. hissəsi dağlıq dır. C.-ş.-i bataqlaşmışdır. Gəmiçiliyə (kiçik gəmilər üçün) yararlıdır. Balıq ovlanır.