DALMÁSİYA ADALARI – Adriatik dənizində Balkan y-a sahilləri yaxınlığında adalar qrupu. Xorvatiya ərazisinin bir hissəsi. Ümumi sah. təqr. 2500 km2 olan 1000-dən çox adanı əhatə edir. Әn böyük a-rı: Krk, Dugi-Otok, Braç, Sres, Xvar, Paq, Vis, Korçula. Balkan y-a-nın q. sahillərinin enməsi və Dinar yaylasının sahil silsilələrinin qismən dəniz suyu altında qalması nəticəsində sahillərində girintili-çıxıntılı körfəzlər və dolambac boğazlar (Dalmasiya sahil tipi) əmələ gəlmişdir. Səthi dağlıqdır (hünd. 778 m-ədək, Braç a.-nda). Әhəngdaşından ibarətdir. Karst geniş yayılmışdır. Әhalisi əkinçilik (üzüm, zeytun, sitrus plantasiyaları), maldarlıq və balıqçılıqla məşğuldur. Kurortlar var. Turizm inkişaf etmişdir.
Далмасийа адалары. Хвар адасы сащилляри.