DALRED SERİYASI – Şotlandiyada yayılmış kembridənqədim metamorfikləşmiş süxurlar qatı. Fillitlər, qranatmikalı, qrafitli və digər şistlərdən, dəyişilmiş qumdaşı, konqlomerat və karbonat süxurlarından təşkil olunmuşdur. D.s. içərisində olan uyğun suzluq üzrə Alt və Üst Dalredə bölünür. Alt Dalred fillitlərlə səciyyələnir. Üst Dalredin yuxarı hissəsində Alt Kembrinin fauna qalıqları tapılmışdır.