ÇILDIR – Türkiyənin şm.-ş.-ində göl. Qars alçaq dağlığında, dağarası çuxurda 1959 m yüksəklikdə yerləşir. Sah. 123 km2, dərinliyi 42 m-ədəkdir. Tektonik mənşəlidir. Gölə kiçik çaylar tökülür. Qars çayına (Araz hövzəsi) axını var. Qışda donur. Balıq ovlanır. Suvarmada istifadə edilir.