ÇILDIRAN – Azərb. Resp. Kəlbəcər r-nunda kənd. Çıldıran ə.d.-nin (Çıldıran, Dəvədaşı, Mehmana k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 71 km c.-ş.-də, dağ ətəyindədir. Əhalisi işğaldan (1993, aprel) əvvəl heyvandarlıq və tütünçülüklə məşğul olurdu. Orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var idi.