ÇILĞIR – Azərb. Resp. Xaçmaz r-nunun Aşağı Zeyid ə.d.-ndə kənd. R-n mərkəzindən 10 km c.-q.-də, Vəlvələ çayının sol sahilində, Samur-Dəvəçi ovalığındadır. Əh. 641 (2011); maldarlıq, əkinçilik, bağçılıq və tərəvəzçiliklə məşğuldur. Ümumi orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var.